ARCON GROUP sənaye məhsulları, qutular və paletlərin kodlaşdırılması və nişanlanması üçün kompleks həllər təqdim edir.
Biz təchizat zəncirinin bütün mərhələlərində (istehsaldan anbara və satış nöqtəsinə qədər) izlənəbilənliyi təmin edən dəyişən məlumatlar əsasında identifikasiya imkanları yaradırıq. Eyni zamanda, məhsulun təchizat zənciri boyunca doğrulamasını (verifikasiyasını) həyata keçirmək üçün həllər təklif edirik.
Təklif etdiyimiz həllər 50 illik təcrübəmizə əsaslanır və hər bir tətbiqin spesifik ehtiyacları nəzərə alınaraq hazırlanır.